16 Sentyabr, 2014
Ceyms Uorlik İrəvanda

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik İrəvandadır.

Simsar.az-ın məlumatına görə, həmsədr bu barədə öz Twitter səhifəsində yazıb.

Diplomat qeyd edib ki, İrəvana gəlib və çərşənbə günü rəsmi şəxslərlə bir sıra görüşlər keçirməyə hazırlaşır.

Xatırladaq ki, bir müddət öncə həmsədr, Ermənistan və Azərbaycan prezidentləri ilə ABŞ-ın dövlət katibi Con Kerrinin üçtərəfli görüşündə iştirak edib. Görüşdən sonra Ceyms Uorlik Kerrinin məhsuldar danışıqlar keçirdiyini vurğulayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!