16 Sentyabr, 2014
Paytaxt derbisinin vaxtı açıqlandı

Topaz Premyer Liqasında VI turun oyun cədvəli məlum olub. Simsar.az xəbər verir ki, həftəsonu baş tutacaq turun qarşılaşmaları 3 gün davam edəcək.

Tura “İnter” və “Bakı” arasında baş tutacaq paytaxt derbisi ilə start veriləcək. Sentyabrın 21-də keçiriləcək  “Qəbələ” və “Neftçi” arasındakı oyun saat 18:00-da başlayacaq. Həmin gün baş tutacaq “Qarabağ” - “Simurq” görüşü 20:00-da start götürəcək.

Topaz Premyer Liqası

VI tur

19 sentyabr (cümə)

19:00. “İnter” – “Bakı”

“İnter Arena” stadionu

20 sentyabr (şənbə)

17:00.  “Sumqayıt” – AZAL

“Kapital Bank Arena” stadionu, süni örtüklü meydança

19:00. “Xəzər Lənkəran” – “Araz Naxçıvan”

“Xəzər Lənkəran” mərkəzi stadionu

21 sentyabr (bazar)

18:00. “Qəbələ” – “Neftçi”

Qəbələ şəhər stadionu

20:00. “Qarabağ” – “Simurq”

Tofiq Bəhramov adına Respublika stadionu

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!