16 Sentyabr, 2014
Şahin Mustafayev İrana getdi

Azərbaycan-İran hökumətlərarası müştərək iqtisadi komissiyanın həmsədri, Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Tehrana səfəri başlayıb.

Simsar.az-a xəbər verir ki, səfər iki gün davam edəcək.

Ş.Mustafayevin başçılıq etdiyi nümayəndə heyətinə ölkənin Xarici İşlər, Energetika, Nəqliyyat Nazirliklərinin, həmçinin Azərbaycan Dövlət Neft Şirkətinin nümayəndələri daxildir.

İranın “İRNA” xəbər agentliyinin yaydığı məlumata görə, Ş.Mustafayev İranın rabitə və informasiya texnologiyaları, energetika, neft, iqtisadiyyat və maliyyə nazirləri ilə görüşəcək.

Bundan başqa, Azərbaycanın iş adamlarının da daxil olduğu nümayəndə heyətinin üzvləri “İranxodro” maşınqayırma kompleksi və səhiyyə sənayesi ilə tanış olacaqlar.

İqtisadiyyat və Sənaye Nazirliyi Simsar.az-a xəbəri təsdiqləyib.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!