16 Sentyabr, 2014
“Mançester Yunayted” çağırsa, Ronaldo gedər"

“Real”Madridin ulduz futbolçusu Kriştiyano Ronaldonun yenidən keçmiş klubu “Mançester Yunayted”ə qayıdacağı ilə bağlı xəbərlər səngimir.

Simsar.az xəbər verir ki, “Real”Madridin keçmiş prezidenti Ramon Kalderon Ronaldonun yenidən “Mançester Yunayted”ə qayıda biləcəyini açıqlayıb. Keçmiş prezident “Yunyated”dən təklif gələcəyi təqdirdə portuqaliyalı ulduzun çox düşünməyəcəyini və “Real”dan ayrılacağını deyib: “Ronaldo “Mançester Yunayted”i hər zaman sevəcək. Bu klub onun üçün çox əzizdir. Həm də hazırkı prezident Perezin transfer sityasəti Ronaldonu əsəbiləşdirir. Çünki İquain, Mesud Özil, Anxel Di Mariya kimi futbolçuların satılmağı Ronaldoya heç də xoş gəlməyib”

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!