16 Sentyabr, 2014
Merkel Putinə məsləhət verdi

Rusiya prezidenti Vladimir Putinlə Almaniyanın federal kansleri Anqela Merkel arasında telefon danışığı olub.

Simsar.az-ın məlumatına görə, Almaniya hökumətinin mətbuat katibliyindən bildirilib ki, telefon söhbəti zamanı əsas müzakirə mövzusu Ukraynadakı vəziyyət olub.

Telefon danışığnda A. Merkel Putinin diqqətinə çatdırıb ki, Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılması, o cümlədən bu ölkənin sərhəd bölgəsindən uzaqlaşdırması münaqişənin həllində əsas məqamdır.

Merkel Rusiyanın Ukrayna ilə ticarət sahəsində güzəşt tətbiq edilməsini isə alqışlayıb.

Federal kansler Putini təbii qaz sahəsində Kiyevlə yaranan anlaşılmazlığı həll etməyə və danışıqları başlamağa çağırıb.

Simsar.az


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!