16 Sentyabr, 2014
Ali Hərbi Məktəbdə andiçmə mərasimi keçirildi - Fotolar

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olan kursantların andiçmə mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a bildiriblər ki, hərbi məktəbin şəxsi heyətinin, kursantların valideynlərinin iştirakı ilə keçirilən təntənəli mərasimdə döyüş bayrağı hərbi marşın sədaları altında sıra meydanına gətirilib.

Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.

Kursantlar təntənəli şəkildə Vətənə sədaqət andı içdikdən sonra hərbi marşın sədaları altında tribuna önündən keçiblər.

Sonra valideyinlər hərbi məktəbdə kursantlar üçün yüksək səviyyədə yaradılan təlim-tədris, məişət şəraiti və ərazi ilə tanış olublar.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!