16 Sentyabr, 2014
Qatar Tovuz sakinini vurdu - Video

Tovuz rayonunda qatar Əyyublu kənd sakinini vurub.

Simsar.az-ın Türkel tv-yə istinadən verdiyi məlumata görə, gecə saatlarında baş verən hadisədə Əyubblu kənd sakini 39 yaşlı Qabil Rzayev ağır yaralanaraq Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həkimlərin ciddi tibbi müayinəsindən sonra onu ölümün pəncəsindən xilas etmək mümkün olub. Xəstəni qəbul edən növbətçi həkim onun sərxoş olduğunu bildirib.

Zərərçəkmişin qardaşı Habil Rzayev isə qardaşının hadisə baş verən zaman onun fikirli olduğunu iddia edir.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Simsar.az


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!