16 Sentyabr, 2014
Obama Afrikaya əsgər göndərir

ABŞ Qərbi Afrikadakı Ebola virusu ilə mübarizə planı çərçivsində bölgəyə 3 min əsgər göndərəcəyini açıqlayıb. Əsgərlər 2 həftə içində Afrikada olacaqlar.

ABŞ-ın Liberiyanın paytaxtı Monroviyada da mərkəzi idarə qurması gözlənilir.

Qeyd edək ki, Dünya Səhiyyə Təşkilatının son rəqəmlərinə görə dekabrdan bu tərəfə Afrikada virusdan 2 min 400 nəfər ölüb, 4 min 784 nəfər isə virusa yaxalanıb.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!