16 Sentyabr, 2014
İŞİD neftin barelini 25 dollara satır

Kəşfiyyat xəbərlərinə görə, İŞİD dünyanın bütün terror təşkilatından zəngindir.

Bildirilir ki, İŞİD militanlarının neft qaçaqçılığından gündə 3 milyon dollardan çox gəlir əldə edirlər. Bundan başqa onlar xərac, oğurluq və insan ticarətindən də külli miqdarda gəlir əldə edirlər.

Regionda fəaliyyət göstərən yardım quruluşları və araşdırmaçılar, İŞİD-in İraq və Suriyada ümumilikdə 11 neft yatağını ələ keçirdiyini deyirlər.

Təşkilat bölgədə nəsillikcə qaçaqçılıq edən insanların əliylə neft və digər məhsulların ticarətiylə məşğuldur və həmçinin insanlardan xərac toplayıb, oğurladıqları insanlar qarşılığında pul alırlar.

National Defense Universitetinin müəllimi, əvəllər İraqda işləyən Denise Natali bildirib ki, İŞİD sərhəd xidmətçilərinə pul verərək malın rahat şəkildə keçirir.

İŞİD neftin barelini 25 ilə 60 dollar arasında  ucuz qiymətə satır. Normalda neftin barelinin qiyməti təxminən 100 dollardır.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!