16 Sentyabr, 2014
“Söz mülkünün Şəhriyarı”ndan danışılacaq

Milli Elmlər Akademiyasında Seyid Məhəmmədhüseyn Şəhriyarın xatirəsinə həsr olunan “Söz mülkünün Şəhriyarı” adlı tədbir keçiriləcək. AMEAn Şərqşünaslıq İnstitutundan Simsar.az-a verilən Tədbirin təşkilatçıları AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu, AMEA Nizami adına Ədəbiyyat İnstitutu, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin Mədəniyyət Mərkəzi və Xəzər Universitetidir.

Xatirə günündə Azərbaycan alimləri ilə yanaşı iranlı şəhriyarşünasların, xarici ölkələrin ölkəmizdəki səfirliklərinin nümayəndələrinin də iştirakı ğözlənilir. Tədbir AMEA-nın əsas binasında “Dairəvi zal”da təşkil olunacaq.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!