16 Sentyabr, 2014
Məşhur meyxanaçı müğənninin sevgilisinə mahnı həsr etdi - VİDEO

Gənc müğənni Afaq Aslan yaradıcılığında yenilik edib. “Sevə bilmərəm” adlı mahnının musiqisi Xəyyama, sözləri meyxana ustası Aydın Xırdalanlıya aranjemanı isə Tural Bakuvi və Ramala məxsusdur.

Simsar.az-a açıqlamasında Afaq etiraf edir ki, bu mahnının sözləri onun ürəyindən xəbər verir və “Sevə bilmərəm” adlı ifa onun sevdiyi şəxsə həsr olunub: “Bəlkə də insan həyatda bir dəfə sevir. Hər şeyin ən dərinini, ən gözəlini məhz o adama həsr etmək səndən asılı olmur. Həyat buna məcbur edir. Ancaq onu bilirəm ki, həqiqətən sevirsənsə bütün hallarda xoşbəxt olacaqsan. O adam yanında olsa da olmasa da”.

Onu da qeyd edək ki, sabahdan radio dalğalarında səslənəcək mahnıya yaxın günlərdə klip də çəkiləcək.

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!