16 Sentyabr, 2014
ATƏT-in Minsk Qrupunun həmsədrləri gəlir

ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə növbəti səfəri başlayır.

Simsar.az-ın xəbərinə görə, amerikalı həmsədr Ceyms Uorlik artıq Ermənistandadır. Bu barədə o, öz “Twitter” səhifəsində yazıb. C. Uorlik Ermənistan rəhbərliyi ilə görüşlər keçirəcəklərini bildirib. Həmsədrlər daha sonra Azərbaycana gələcəklər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!