16 Sentyabr, 2014
Dövlət büdcəsinə 7 ayda 11 milyard gəlir

2014-cü ilin yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirləri 11087,2 milyon manat, xərcləri 10313,2 milyon manat olub. Büdcənin profisiti 774 milyon manat və ya ümumi daxili məhsulun 2,3 faizi səviyyəsində olub.

Simsar.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, büdcə gəlirlərinin 14,2 faizi hüquqi şəxslərin gəlir vergisindən, 16 faizi əlavə dəyər vergisindən, 5 faizi fiziki şəxslərin gəlir vergisindən, 4,2 faizi aksiz vergisindən, 3,9 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilərdən, 2,6 faizi digər vergilərdən daxil olub, 54,1 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!