15 Sentyabr, 2014
Pilot dəhşətli qəzadan xilas oldu

Qvatamelanın Eskuintla liman şəhərində aviaşou zamanı qəza baş verib.

Simsar.az-ın məlumatına görə, Kiçik ölçülü təyyarənin pilotu dənizin üzərində akrobatik manevr edərkən təyyarə öz tarazlığını itirib və nəticədə dənizə düşüb.

Təyyarə elə həmin andaca parçalanıb. Lakin, xoşbəxtlikdən, təyyarənin pilotu Martin Keller qəzadan yüngül xəsarətlərlə xilas ola bilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!