15 Sentyabr, 2014
Şirvanda su kanalında bir nəfər batıb

Şirvanda su kanalında bir nəfər batıb.

Simsar.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, Şirvan şəhər ərazisində su kanalında (ən yaxın xilasetmə məntəqəsindən 10 km aralıda) 1998-ci il təvəllüdlü İbadov Bəhruz Hüseyn oğlu çimərkən batıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar. B.İbadovun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 100 m aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!