15 Sentyabr, 2014
Roqozin Azərbaycandan danışdı

Qərbin sanksiyaları nəticəsində Rusiya və Azərbaycan daha da yaxın dost oldu.

Simsar.az-ın məlumatına görə, bu barədə Rusiya Hökümətlərarası komissiyanın iclasında Rusiya baş nazirinin müavini Dmitri Roqozin bildirib.

"2013-cü ilin nəticəsinə görə, Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi 3,6 milyard dollara çatdı. Bu rəqəm 2012-ci illə müqayisədə 5% çoxdur. Bu gün məlum siyasi hadisələr Rusiya Federasiyasının iqtisadiyyatına təsirsiz ötüşmür. Amma bunun müsbət tərəfi ondan ibarətdir ki, rəsmi Moskvaya qarşı saanksiyalar Rusiyanı və Azərbaycanı daha da yaxınlaşdırır, birləşdirir. Azərbaycan məhsulu Rusiya bazarlarına daxil olur, bu məhsullara tələb də var", deyə Roqozin bildirib.

Baş nazirin müavini Rusiyanın və Azərbaycanın məhsul bazarlarının tənzimlənməsinin son dərəcə əhəmiyyətli olduğunu deyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!