15 Sentyabr, 2014
ABŞ səfiri kim olacaq?

ABŞ Senatının xarici məsələlər üzrə Komitəsində 2 gündən sonra Azərbaycana səfir postuna təyin ediləcək namizədin məsələsinə baxılacaq.

Simsar.az-ın məlumatına görə, sentyabrın 17-də Komitədə Azərbaycana səfirlik postuna namizədliyi irəli sürülmüş Robert Sekutun məsələsinə baxılacaq.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidenti Barak Obama R.Sekutun Azərbaycana səfir kimi namizəd göstərmişdi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!