15 Sentyabr, 2014
"Millidə işləməyə hazır deyiləm" - Mourinyo

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo Portuqaliya millisini çalışdıracağı ilə bağlı yayılan iddialara aydınlıq gətirib.

Simsar.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o deyib ki, hazırda millidə işləməyə hazır deyil:

"Hələlik millidə baş məşqçilik etməyi düşünmürəm. Portuqaliya yığmasını kim çalışdırsa, ona dəstək olacam. Ancaq əcnəbi məşqçinin millidə işləməsini istəmirəm".

Qeyd edək ki, Portuqaliya millisini Fernandu Santuş, Viktor Pereyro və Roberto Mançini kimi məşqçilərdən birinin çalışdıracağı iddia edilir.

Xatırladaq ki, Portuqaliya Futbol Federasiyası bu ay Paulo Bentu ilə yolları ayırıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!