15 Sentyabr, 2014
Facebook itənləri axtarır

Facebook sosial şəbəkəsi Snapchat ani məlumatlar servisindən ilhamlanaraq özünə qeyb olan məlumatlar servisi yaradıb.

Simsar.az  ICTnews-a istinadən bildirir ki, şirkət hazırda yeni imkanın testləşdirilməsi ilə məşğuldur.

Sosial şəbəkənin nümayəndələri bildiriblər ki, kontentin müəyyən vaxtdan sonra (bir saatdan yeddi günədək) avtomatik pozulması imkanı iOS əlavəsi üçün kiçik pilotdur.

İyun ayında şəbəkə 700 min istifadəçinin xəbər lentində dəyişikliklərin edilməsi ilə bağlı eksperimentinə görə tənqid atəşinə tutulub.

Məlumatların istifadə vaxtı bitdikdən sonra digər istifadəçilər onlardan istifadə edə bilməyəcəklər. Bu opsiya hazırda, Facebook və digər texnoloji şirkətlərin öz məhsullarını və xidmətlərini yoxladıqları Yeni Zelandiyada aktivdir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!