15 Sentyabr, 2014
Yeni ekoloji ölçmə məntəqəsi tikiləcək

Bakının Qaradağ rayonu ərazisində, Lökbatan qəsəbəsində ARDNŞ-nin Ekologiya İdarəsinin “Lökbatan stasionar ekoloji ölçmə məntəqəsi”nin inşası nəzərdə tutulub.

Simsar.az aARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu məqsədlə Şirkətin “Neftqazelmitədqiqatlayihə” İnstitutunda layihələndirmə işlərinə başlanılıb. Mövcud normalara uyğun tikiləcək məntəqədə sutkada 30 nəqliyyat vasitəsi müayinə olunacaq.

Məntəqənin inşa ediləcəyi ərazidə 100 kvadratmetrlik inzibati bina, yanğın siqnalizasiya sistemi, yeraltı içməli su anbarı, təsərrüfat avadanlıqlarının saxlanılması üçün anbar inşa ediləcək. Bundan başqa, hava şəraitindən asılı olmayaraq, nəqliyyat vasitələrinin ekoloji müayinələrinin aparılması üçün də şərait yaradılacaq.

Tikinti işləri zamanı əməyin mühafizəsi mövcud normalara uyğun qurulacaq, yeni texnika və qabaqcıl texnologiyalar tətbiq olunacaq.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!