15 Sentyabr, 2014
SOCAR və “Odlar Yurdu”ndan darmadağın

Şahmat üzrə klublararası Avropa çempionatına start verilib

Simsar.az Apasport.az saytına istinadən xəbər verir ki, İspaniyanın Bilbao şəhərində təşkil olunan yarış Azərbaycan klubları üçün yaxşı başlayıb.

Belə ki, kişilərdən ibarət 52 klubun qatıldığı çempionatda həm SOCAR, həm də “Odlar Yurdu” böyük hesablı qələbəyə seviniblər. Onlar müvafiq olaraq, İsveçin “Vikinq” və Makedoniyanın “Qambit” klublarına 5,5:0,5 hesabı ilə qalib gəliblər.

I tur

SOCAR – VİKİNQ - 5,5:0,5

Maykl Adams - Evqeni Aqrest - 0,5:0,5

Aniş Qiri - Bo Lindberq - 1:0

Teymur Rəcəbov - Yonatan Vestenberq - 1:0

Van Hao - Rauan Saqit - 1:0

Anton Korobov - Anders Pettersson - 1:0

Eltac Səfərli - Erik Vaarala - 1:0

ODLAR YURDU - QAMBİT - 5,5:0,5

Emil Sutovski - Petar Arnaudov - 0,5:0,5

Ülvi Bacarani - Orçe Dançevski - 1:0

Qədir Hüseynov - Zoran Stoyçevski - 1:0

Nicat Abbasov - Maryan Mitkov - 1:0

Nicat Məmmədov - Lyubisa Andonovski - 1:0

Vüqar Rəsulov - Dejan Dinyev - 1:0

Qeyd edək ki, qalib 7 turun yekununa əsasən müəyyənləşir.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!