15 Sentyabr, 2014
İsrail Azərbaycanda Rafael Harpazı Dan Stavla əvəzləyəcək

Simsar.az xəbər verir ki, İsrail dövləti bir neçə ölkəyə yeni səfir təyin edib. “Haaretz” qəzetinin yaydığı xəbərə görə, bu ölkələrin arasında Azərbaycan da var. İsrailin Azərbaycandakı yeni səfiri vəzifəsinə Dan Stavın namizədliyi irəli sürülüb. Təyinat təsdiqlənsə, D. Stav bu vəzifədə Rafael Harpazı əvəzləyəcək.

İsrailin Azərbaycandakı səfirliyindən bildiriblər ki, Rafael Harpaz gələn il yay aylarının sonunadək Bakıda çalışacaq. İsraildə səfirlərin təyinatı prosesi uzun çəkdiyinə görə namizəd indidən irəli sürülüb.

Rumıniya, Bolqarıstan, Kipr, Belçika, İspaniya, İrlandiya, Slovakiya və İordaniyaya da yeni səfirlər təyin olunub.

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!