15 Sentyabr, 2014
Rusiyalı gimnast Dövlət Dumasından gedir

Rusiya Dövlət Duması sentyabrın 16-da məşhur gimnast Alina Kabayevanın deputat səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması barədə məsələyə baxa bilər. Trend məlumat verir ki, bu barədə RİA Novosti parlamentin Aşağı Palatasına istinadən xəbər yayıb.

Dumanın Reqlament komitəsi A.Kabayevanın müvafiq ərizəsini dəstəkləyib və sentyabrın 16-da Dumada bu məsələyə baxılmasını təklif edib. A.Kabayevanın səlahiyyətlərinin sentyabrın 15-dən dayandırılacağı ehtimal edilir.

Kabayeva V (2007-2011-ci illər) və VI çağırış Dumaya (2011-ci ildən) deputat seçilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!