15 Sentyabr, 2014
Sezen Aksu: “Bundan sonra Seda Sayan kimi yaşayacam”

Bursada konsert proqramı ilə çıxış edən məşhur türk sənətçisi Sezen Aksu yaradıcılığının gələn il 40 illiyini qeyd edəndən sonra səhnədən ayrılacağını elan edib.

Simsar.az xəbər verir ki, Kültürpark Açıq Hava Teatrında bursalılarla görüşən Sezen Aksu, prəstişkarlarına unudulmaz gecə yaşadıb. Mahnıları ilə dinləyiciləri məst edən sənətçinin verdiyi açıqlama heyranlarını üzüb. 39 ildir səhnələrdə olduğunu deyən “Minik Sərçə” ləqəbli Sezen Aksu gələn il yaradıcılığının 40 illiyinin qeyd edərək, musiqi dünyasını tərk edəcəyini bildirib.

Çıxışı zamanı Seda Sayana da mesaj göndərən Sezen Aksu: “Bundan sonra Seda Sayan kimi yaşayacam Hər anlamda özmü yaşayacam” deyib.

 

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!