15 Sentyabr, 2014
Ledi Qaqa İstanbulda - FOTOLAR

Dünya şöhrətli müğənni Ledi Qaqa İstanbuldadı.


Simsar.az-ın məlumatına görə, 16 sentyabr tarixində Türkiyədə ilk konsertini verməyə hazırlaşan dünya ulduzu bu gün İstanbula gəlib.

Hər dəfə xarici görünüşü radikal dəyişikliklər edən ekstravaqant ifaçı bu dəfə buruq saçlı qara parikdə və qarnı açıq qırmızı libasda olub.

Qaqa onu saatlarla gözləyən pərəstişkarlarının qarşısında təyyarədən enib və onlara əl sallayıb.

Ledi Qaqa pərəstişkarlarına imza verib, şəkil çəkdirdikdən sonra istirahət etmək üçün otele gedib.

İfaçının konsertdən öncəki planları içərisində İstanbulu gəzmək və türk hamamına getmək yer alır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!