15 Sentyabr, 2014
Zakir Qaralov prokuroru işdən çıxardı

Baş prokuror Zakir Qaralov bu gün kadr dəyişikliyi edib.

AzNews.az xəbər verir ki, o, imzaladığı əmrlə Nərimanov rayon prokuroru Fikrət Ağa oğlu Mahmudovu işdən azad edib.

F.Mahmudovun sərəncama götürüldüyü bildirilir.

Nərimanov Rayon Prokurorluğundan xəbəri qismən təsdiq ediblər: “Sabah hər şey dəqiq bilinəcək”.

Qeyd edək ki, o bu vəzifəyə 2010-cu ildə təyin edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!