15 Sentyabr, 2014
“Rusiya ilə sanksiyalarla danışmaq olmaz” – Yaqub Eyyubov

Simsar.az İTAR-TASS-a istinadla xəbər verir ki, bunu Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov Bakıda Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq məsələləri ilə bağlı Hökumətlərarası Komissiyasının XXIV iclasında  Rusiyaya qarşı Qərbin son sanksiyalarını şərh edərəkən deyib.

O bildirib ki, yeni sanksiyalar Rusiyanı sındıra bilməyəcək, əksinə bərkidəcək: “Biz Avropa Birliyi, ABŞ və Rusiya arasında yaranan vəziyyəti anlayırıq. Heç kim Rusiyanı sındırmayacaq, Rusiya heç vaxt əyilməyəcək, əksinə daha çox bərkiyəcək".

Xatırladaq ki, 12 sentyabrda ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı yeni sanksiyalar elan edib. Məhdudiyyətlərin altında Rusiya müdafiə müəssisələri, banklar, həmçinin energetika şirkətləri düşüb.

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!