15 Sentyabr, 2014
Hava soyuyacaq

Sabah axşamdan ölkə ərazisində hava şəraiti dəyişəcək, havanın temperaturu bu günlərlə müqayisədə aşağı düşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Simsar.az-a verilən məlumata görə, Bakı və Abşeron yarımadasında sentyabrın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluğunun artacağı gözlənilir. Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclnəcək.

Havanın temperaturunun Abşeronda gecə 18-23, gündüz 26-31 dərəcə isti, Bakıda gecə 19-21, gündüz 27-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 16-da əsasən yağmursuz, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı  gözlənilir. Mülayim qərb küləyi günün ikinci yarısında ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 18-23, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Tibbi meteoroloji proqnoza gəlincə, sentyabrı 16-sı axşamdan sentyabrın 18-i gündüzədək Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli dəyişməsi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!