15 Sentyabr, 2014
Ağcabədidə zəncirvari qəza: ölən və yaralananlar var

Ağcabədidə zəncirvari qəza baş verib.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Ağcabədi rayonu, Qaravəlli kəndində vətəndaşlara məxsus "BMV", "MERSEDES" və "DAYVO" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "BMV" markalı minik avtomobilinin sahibi 1982-ci il təvəllüdlü Bəbişov Elgün Fərhad oğlu aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlardan istifadə etməklə E.Bəşirovun cəsədini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 23:24-də başa çatıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!