13 Sentyabr, 2014
Mirmahmud Mirəlioğlu İranı “anti-insan cümhuriyyəti” adlandırdı

“İranda düşmənlərimiz bizi eyni adla təhqir edir və söyürlər”

“Güneydə türk övladı özünə türk, Bakıda isə azərbaycanlı deyir. Güneydə türk övladı “Haray-haray mən türkəm” deyir, Bakıda isə biz onlara azərbaycanlı deyirik”. Bunu Simsar.az Azərbaycan Klassik Xalq Cəbhəsi Partiyasının sədri (KXCP) Mirmahmud Mirəlioğlu deyib.O bildirib ki, biz keçdiyimiz yolu, tanışlığımızı nəzərə alıb bir-birimizə şəxsən hörmət edirik. Amma millətimizə toplum olaraq hörmət etmirik. Əksinə olaraq güneydə yaşayanları bölürük. Deyirik ki, orda qaşqaylar da, əfşarlar da, türkmənlər də var: “Onların hamısı türkdür. Orda düşmənlərimiz bizi eyni adla təhqir edir və söyürlər. Türk sözününü təhqiramiz formada işlədirlər. Biz isə güneydə özümüzü azərbaycanlı adlandırırıq”.

“Güney məsələsi yalnız torpaq, cografiya və mədəniyyət məsələsi deyil. Həm də bütövlükdə qeyrətimiz, namusumuz və şərəfimizidir. Bunlarla bağlı molla rejminin, anti-islam cümhuriyyətinin mövqeyi tamamiylə ortadadır. Hər kəs bunu bilir. Bu dövlət nəinki, anti-islam, hətta anti-insan cümhuriyyətidir. Bizim öz içimizdə elə adamlar olur ki, onu böyük adam kimi təqdim edirik. Amma tülkülüklə məşğul olduğundan xəbərimiz olmur. Biz millət və dövlət fəlsəfəsini ortalığa qoyuruq və deyirik ki, bir dövlətin fəlsəfəsi və siyasəti olmalıdır. Güney Azərbaycan türkünün dünyadakı mövqeyi məsələsində də bu iqtidara müxalif deyilik. Biz istəyirik ki, onlar bizim səsimizi eşitsinlər. Bötövlükdə fars cümhuriyyətinə Azərbaycan türkünün mövqeyini çatdırsınlar” – partiya sədri belə deyib.

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!