13 Sentyabr, 2014
AŞPA prezidenti Bakıya gəlir

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Ann Brassör sentyabrın 21-də Azərbaycana rəsmi səfər edəcək.

APA-nın AŞPA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Səfər sentyabrın 25-dək davam edəcək.

Səfərin proqramı hələlik açıqlanmayıb.

Qeyd edək ki, A. Brassör bu ilin may ayında AŞPA-nın Bakıda keçirilən Daimi Komitəsinin iclasında iştirak edib.

Azərbaycan hazırda Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!