13 Sentyabr, 2014
Qatar maşını vurdu: ölən və yaralananlar var

Ötən gün saat 15 radələrində Ağstafa rayonunda minik avtomobili yük qatarı ilə toqquşub.

Simsar.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Ağstafa rayonunun Muğanlı kəndində qorunmayan keçiddə baş verib.

B elə ki, Qarayazı kənd sakini Anar Həşimov idarə etdiyi “VAZ-2107” markalı avtomobili yük qatarına vurub.

A.Həşimovun sərnişinlərindən Şaiq Bəhrəmov hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla əlaqədar araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!