13 Sentyabr, 2014
İran Naxçıvan və İsraili vurmaqla hədələdi – VİDEO

“İranda vurulan casus təyyarənin uçuşa qalxdığı məkan cəzalandırılacaq”

Simsar.az azeri.sahartv.ir-ə istinadla xəbər verir ki, bunu İran parlamentinin Milli

təhlükəsizlik və xarici siyasət komissiyası sədrinin müavini Mənsur Həqiqətpur deyib.

Bildirək ki, avqustun 23-də İranın Hərbi Hava Qüvvələri İsrailə məxsus pilotsuz təyyarəni vurub. İran tərəfi pilotsuz təyyarənin uranın zənginləşdirilməsi prosesinin getdiyi zavodun  yerləşdiyi Natanze şəhərinin səmasında raketlə vurulduğunu bildirib.

İsrailin kəşfiyyat xidməti MOSSAD-a yaxınlığı ilə tanınan "Debka" saytı yazıb ki, avqustun 23-də İranın mərkəzi hissəsində vurulan "Hermes 450" pilotsuz təyyarəsi Azərbaycanın Naxçıvan bölgəsindən uçub.

"Debka"nın məlumatına görə, Azərbaycanın İran, Ermənistan və Türkiyə ilə sərhədində yerləşən Naxçıvan bölgəsində kiçik aviabaza var və 3 il bundan əvvəl "Hermes 450"

Ermənistan səmasında uçarkən vurulubmuş.

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!