13 Sentyabr, 2014
"Miss Globe International"ın finalçıları səhnə libaslarında – FOTOLAR

"Miss Globe International"ın finalçıları modelyer-dizayner Günel Behbudovanın gecə libaslırından boyük zövq alıblar. Simsar.az xəbər verir ki, onlar bu libaslarda Baku Crystall Hall səhnəsinə çıxacaglar.

"Miss Globe International" müsabiqəsinin finalı ilk dəfə olaraq Azərbaycanda sentyabrın 14-də "Baku Crystall Hall"da keçiriləcək. Finalçılar saat 19:00-da qırmızı xalça üzərindən keçəcəklər, saat 21:00-da isə dünyanın 70-dən çox ölkəsində yayımlanacaq bayram gecəci başlayacaq.

Müsabiqədə 120 ölkənin nümayəndəsinin iştirakı gözlənilir. Müsabiqənin finalında iştirak etmək üçün xüsusi olaraq Bakıya məşhur ifaçılar və aktyorlar gələcəklər. Onların arasında Demet Akalın, Gürkan Uyqun, Gökhan Özen, Kaan Gülsoy, İnna və Rumıniyanın "Radio Killer" qrupu var.

"Miss Globe International" dünyada məşhur olan gözəllik müsabiqəsidir. Müsabiqədə irqindən, dinindən və milliyətindən asılı olmayaraq 18-24 yaşlı subay qızlar iştirak edirlər. Müsabiqə ilk dəfə 1925-ci ildə İstanbulda keçirilib.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!