13 Sentyabr, 2014
Binəqədi yolunda 3 saatlıq tıxac yarandı – FOTO - VİDEO

Ağır tonnajlı yük avtomobilləri və xaricdən Azərbaycana “AUDİ” markalı minik avtomobilləri gətirən evakuatorlar Binəqədi yolunda 3 saata qədər tıxac yaradıb.

Simsar.az xəbər verir ki, sentyabrın 12-də iş saatı bitdikdən sonra yollarda böyük tıxac yaranıb. Bakı-Sumqayıt şossesindəki sıxlığı nəzərə alan sürücülər alternativ yol kimi Moskva prospektindən Binəqədi ərazisinə daxil olublar. Əks tərəfdən həmin yolla şəhərə daxil olan yük avtomobilləri yolları keçilməz edib. Nəticədə 3 saatlıq tıxac yaranıb.

Vəziyyətin çıxılmaz olduğunu görən sərnişinlər Binəqədidən Bakı-Sumqayıt şossesinə kimi piyada gəlməli olublar.

Hüseyn İbadlı

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!