7 Aprel, 2011
Ukraynanın səfiri gəldi

Aprelin 6-da Ukraynanın Azərbaycandakı yeni səfiri Aleksandr Mişşenko ailəsi ilə birlikdə Bakıya gələrək vəzifəsinin icrasına başlayıb

APA-nın xəbərinə görə, bu barədə Ukraynanın Azərbaycandakı səfirliyi məlumat yayıb. 
A. Mişşenko bundan əvvəl Ukrayna XİN-in 4-cü Ərazi Departamentinin (Mərkəzi və Şərqi Avropa, Balkanlar, Cənubi Qafqaz və Türkiyəyə məsul idarə) direktoru vəzifəsində çalışıb. O, 2003-2005-ci illərdə Avstraliyada, 2005-2008-ci illərdə Türkiyədə səfir olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!