13 Sentyabr, 2014
AMAY-da yanğın söndürüldü – FOTOLAR – VİDEO – YENİLƏNİB

Bakının Xətai rayonu ərazisindəki AMAY Ticarət Mərkəzində baş verən yanğın söndürülüb. AMAY-ın birinci mərtəbəsində yerləşən ASAN Xidmətə ziyan dəyməyib. Yanğın nəticəsində xəsarət alan olmaylıb. İlkin ehtimala görə, hadisənin baş verməsinə səbəb elektrik naqillərində qısa qapanma olub.

***10:40

Simsar.az xəbər verir ki, Bakı şəhərindəki ən böyük Ticarət Mərkəzlərindən biri olan AMAY-da yanğın başlayıb. Simsar.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, yanğının nədən baş verdiyi bilinmir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə  Xidmətinin maşınları cəlb olunub. FHN əməkdaşları yanğının binadakı ASAN Xidmətə keçməsinin qarşısını almağa çalışırlar.

Hadisə yerindən VİDEOGÖRÜNTÜNÜ təqdim edirik:


 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!