13 Sentyabr, 2014
Müğənni Nazənin Rusiyada yayımalanacaq tok-şouya çəkilmək istəmədi - ÖZƏL

Simsar.az xəbər verir ki, tanınmış müğənni Nazənin Rusiyanın Birinci kanalında yeni mövsümdə yayımlanacaq "Мужское и женское"  verilişinə qonaq kimi dəvət olunub.

Aleksandr Qordonun aparıcılıq edəcəyi verilişin əməkdaşı lyuba xanım bu barədə  Azərbaycanda fəaliyyət göstərən KİV-lərdən birinə müraciət edib.

Məlumatı əməkdaşımız müğənniyə söyləyəndə o, heç də təəccüblənməyib:

"Təsadüf elə gətirib mən iki gündür Moskvadayam.

Toy mərasimində iştirak etmək üçün burdayam.

Verilişin əməkdaşlarının bu diqqətinə hörmətlə yanaşsam da "Мужское и женское" tok-şousuna çəkilə bilmədim.

Çünki, Rusiyanın bir neçə vilayətində yaşayan başqa həmvətənlərimizin də toylarında oxumalıyam.

Nəzərə alsaq ki, toy sahibləri tarixi aylar öncə müəyyənləşdiriblər.

Sırf bu səbəbdən proqrama qonaq olmaqdan imtina etdim".

Nazənin xanım söhbətinin sonunda bildirdi ki, imkan tapacağı təqdirdə, dəvət olunduğu telekanalların efirində görünəcək.

 

Şahin Cavadsoy

Simsar.Az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!