12 Sentyabr, 2014
Bir nəfər dənizdə boğulub

Bir nəfər Xəzər dənizində batıb.

Föqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Simsar.az-ın məlumatına görə, Xızı rayonu Yaşma kəndi ərazisində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 55 km aralıda) 63 yaşlı Şeyxi Arif Rəhim oğlu batıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub.

A.Şeyxinin meyiti dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!