12 Sentyabr, 2014
Putin: Biz "krutoy" deyilik

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın sanksiyaları qarşısında geri çəkilməyə hazır olduğuna eyham vurub.

Simsar.az-ın məlumatına görə, Putin Rusiya istehsalçılarının maraqlarına cavab verəcəyi təqdirdə cavab sanksiyaları tətbiq etmək təklifinə razı olacaqlarını deyib.

"Əgər Rusiya hökuməti cavab sanksiyalarının bizim iqtisadiyyata kömək edəcəyi qənaətinə gəlsə, biz bunu edəcəyk. Yox, əgər söhbət sadəcə "krutoyluq" etməkdən və buna görə zərərə düşməkdən gedirsə, bunu heç vaxt etməyəcəyik", deyə Vladimir Putin jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, Avropa İttifaqına daxil olan ölkələr bu gün Rusiyaya qarşı yeni sanksiyaların paketini tətbiq edib. Bununla da Rusiyaya qarşı iqtisadi sanksiyalar artıq qüvvəyə minib.

Bu qadağalar həm Rusiya şirkətlərinə, həm də fiziki şəxslərə şamil olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!