12 Sentyabr, 2014
İran ABŞ-a xəbərdalıq etdi

İran İŞİD-ə qarşı ABŞ-la birgə mübarizə aparmaq fikrində deyil.

Simsar.az-ın məlumatına görə, bunu İran Hərbi Qüvvələri Baş Qərargahının sədr-müavini, general Məsud Cəzayiri bildirib

Fars Xəbər agentliyinə müsahibə verən Cəzayiri bildirib ki, İranla ABŞ-ın İŞİD-ə qarşı birgə mübarizə aparması əsla mümkün deyil.

“Çünki İŞİD-i quran ABŞ-dır. İran isə həmişə bu terrorçu qruplaşmanın qarşısında olub”, deyə general bildirib.

Cəzayiri onu da əlavə edib ki, İŞİD heç vaxt İran sərhədlərinə yaxınlaşa bilməz. Çünki İran ordusu buna imkan verməyəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!