12 Sentyabr, 2014
Rusiyaya ilk zərbə - "Qazprom"

ABŞ və AB ilə Rusiya Ukrayna böhranı ilə bağlı qarşılıqlı olaraq embarqolar tətbiq edir.

Simsar.az xəbər verir ki, tətbiq edilən sanksiyaların ən bariz nümunəsi kimi enerji sektorunu göstərmək olar. Bunun nəticəsidir ki, enerji şirkətləri son statistikalarında xeyli itki olduğunu bildirirlər.

Bu gün açıqlanan hesabatda "Qazprom" şirkəti tərəfindən Rusiya iqtisadiyyatı üçün mənfi nəticələrin olduğu qeyd edilib. Açıqlanan statistikada şirkətin gəlirlərində 41 faiz geriləmə müşahidə edilib. Bu isə təxminən 6.19 milyard dollar edir.

Bu rəqəm AB ölkələri ilə Rusiya arasında yaşanan təbii qaz embarqosunun ilk konkret statistikası olaraq göstərilir.

Şirkət açıqlamasında 2014-ci ilin ilk rübündə xərclərin 14.7 faiz artdığını da bəyan edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!