12 Sentyabr, 2014
Güləşçimiz Dünya Çempionatında bürünc medal qazandı

Özbəkistanın paytaxtı Daşkənddə böyüklər arasında güləş üzrə dünya çempionatı davam edir.

Simsar.az xəbər verir ki, çempionatın beşinci günündə 63 kiloqram çəki dərəcəsində qadın güləşçilər, 75 və 85 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri yarışırlar.

Qadın güləşçimiz Raqnetta Qurbanzadə (63 kq) ilk görüşdən azaddır və onun rəqibi Oliverira (Braziliya) - Vaseva (Bolqarıstan) cütünün qalibi olacaqdır.

Yunan-Roma güləşçilərimiz Elvin Mürsəliyev (75 kq) Arsen Culfalakyan (Ermənistan) ilə, Saman Təhmasibi (85 kq) isə Ramsin Azizsir (Almaniya) ilə üz-üzə gələcəklər.

Xatırladaq ki, bu gün dünya çempionatında qadın güləşçilərin mübarizəsi yekunlaşır. Qadın güləşçilərin yarışında Yuliya Ratkeviç (60 kq) gümüş və Mariya Stadnik (48 kq) bürünc medal qazanıb.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!