12 Sentyabr, 2014
Turan Cavidin xatirəsi anıldı

AMEA Hüseyn Cavidin ev- muzeyində cavidlər ailəsinin layiqli davamçısı Turan Cavidin xatirəsi anılıb. Simsar.az xəbər verir ki, foyedə Turan Cavidin muzeydəki fəaliyyətini əks etdirən şəkillərindən ibarət fotoslayd, ona məxsus əşyalar və sənədlərdən ibarət sərgi nümayiş etdirilib.

Tədbirdə muzeyin direktoru, filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babaxanlı vurğulayıb ki, Turan Cavidin bütün ömrü cavidlər ailəsinin tədqiq və təbliğinə həsr olunub. Əgər, Hüseyn Cavid əsərləri ilə Azərbaycan ədəbiyyatını zənginləşdiribsə, Turan Cavid də bu əsərlərin son mükəmməl nəşrini hazırlayaraq oxuculara təqdim edib.

G.Babaxanlı layihə müəllifi və tərtibçisi olduğu “Turan Cavid. Ömür salnaməsi” kitabı haqqında da məlumat verib. O bildirib ki, yaxın günlərdə işıq üzü görəcək bu kitabda Turan Cavidin çoxşaxəli fəaliyyətini əks etdirən əlyazmalar, müsahibələr, məktublar, ədibin bütün həyatı və yaradıcılığını əks etdirən fotolar və başqa sənədlər araşdırılaraq təqdim edilib.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!