12 Sentyabr, 2014
“Qalatasaray”ın rəsmi sponsoru – SOCAR deyil

“Qalatasaray”ın yeni forma sponsoru müəyyənləşib.

Simsar.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “Türk Hava Yolları” şirkəti “sarı-qırmızı”lıların Avropa kuboku yarışlarındakı sponsoru olub.

Tərəflər arasında imzalanmış müqaviləyə əsasən, “Qalatasaray” 2014/15 mövsümündə Avropa kubokunda üzərində “Turkish Airlines” logosu olan forma ilə çıxacaq.

Qeyd edək ki, “Qalatasaray” daxili və xarici çempionat üçün forma sponsorları ayrı-ayrı şirkətlər olacaq.

Klubun rəsmi saytının yaydığı digər xəbərə görə, komanda Türkiyə superliqası və kuboku yarışına "Huawei" şirkətinin loqosu ilə çıxacaq.

Beləliklə, bu müqavilələrin rəsmiləşməsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qalatasaray"ın sponsoru olacağı haqda iddiaları təsdiq etməyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!