12 Sentyabr, 2014
Keçmiş baş nazir öldü

Misirin keçmiş baş naziri Atif Abdin 82 yaşında vəfat edib.

Simsar.az xəbər verir ki, Hüsnü Mübarək dövründə, 1999-1004-cü illərdə baş nazir olan Abid, dövründəki rüşvətxorluqla bağlı hesabatın artması  nəticəsində Mübarək tərəfindən vəzifəsindən azad edilmişdi. Baş nazirlik vəzifəsini Kamal Genzuridən sonra keçən Abid, çalışdığı dövrdə dövlət ərzilərinin müəyyən şəxslərə çox ucuz qiymətə satdığı iddiası ilə günahlandırılırdı.

Vəzifədə olduğu 4 il içərisində 161 ictimai şirkəti daşınmaz əmlakları ilə birlikdə çox ucuz qiymətə satmaqda tənqid olunan Abid, dövrünün bəlli iş adamlarına dövlət banklarından zəmanətsiz kredit verməkdə günahlandılıb.

Misir Mərkəzi Bankının verdiyi məlumatlara görə Abidin dövründə ölkə 40 milyard dollar borc yükünün altına girib.

1932- ci ildə Qahirədə dünyaya gələn Atif Abid, 1952- ci ildə Qahirə Universitetində ticarət təhsli alıb. ABŞ-da iş idarəsi sahəsində doktoranturanı bitirən Abid, Qahirə universitetinin tədris üzvü olub. Misirdə müxtəlif qurumlarda çalışan Abid, xalq arasında “Misir ucuz qiymətə satan adam” ləqəbi ilə tanınır.

Günel

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!