12 Sentyabr, 2014
Zarina: “Onu yarı yolda qoymaq istəmirəm” – FOTOLAR

Dünən yerli mətbuatda müğənni Zarina Məmmədovanın səhnə ilə vidalaşması xəbəri yayılıb. Tədbirlərdən və çıxışlardan imtina etdiyi iddia olunan ifaçının şou-biznesdən uzaqlaması deyilir.

Məsələ ilə bağlı müğənninin özünə müraciət etdi. O, Simsar.az-a açıqlamasında bildirdi ki, tədbirlərdən imtina etməsinə səbəb səhhətində yaranan bəzi problemlərdir: “Narahat olmalı bir səbəb yoxdur. Sadəcə səhhətim bir az əziyyət verir. Buna görə bütün tədbirlərdə, mərasimlərdə iştirak etmək olmur. Səhhətim tam düzələnə qədər bir az az görünəcəyəm. Bunun üçün tez-tez İstanbula gedirəm. Üstəlik bir az da yorulmuşam. Sadəcə zamana və dincəlməyə ehtiyacım var. Düşünürəm ki, bu hər kəsin həyatında baş verə bilər. Amma bu günə qədər də kifayət qədər əziyyət çəkmişəm. Yanımda olan adamların da əməyi danılmazdır. Bunların heç birini itirmək istəmirəm. Sadəcə bir müddət dincəlim, əminəm ki, qarşıda hələ çox gözəl layihələr həyata keçirəcəyəm. Məni az-çox sevən heç kəs üzülməsin. Yaradıcılığımın uğurlu çevrilişləri hələ qarşıdadır”.

Zarina yaxın günlərdə artıq anonsu təqdim olunmuş Sərdar Ortacla birgə konsertindən də söz açdı: “Nahid Emiloğlu məni buna layiq görüb. Onu yarı yolda qoymaq istəmirəm. Təbii ki, konsertə çıxacağam və əminəm ki, həmin konsertə məni sevənləri görüb bir az da həvəslənəcəyəm. Yeni mahnım da var ki, tamaşaçılarıma təqdim etmək arzusundayam. Musiqisi həmkarım Elçin Cəfərovun sözləri isə Azər Şirinə məxsus olan "Niyəsi yoxdur" mahnısının tamaşaçılar tərəfindən seviləcəyinə də ümid edirəm”.

Türkan Məmmədli

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!