11 Sentyabr, 2014
Roma Papası İrəvana gəlir

Roma Papası Fransiskin noyabr ayında Türkiyə və Ermənistana səfər edəcək.

Simsar.az-ın məlumatına görə, Roma Papası noyabr ayının 30-da İstanbulda yunan patriarxlarının açılış mərasimində iştirak edəcək.

Türkiyə mətbuatının yazıdğına görə, Fransisk birinci Ankaraya gələcək, daha sonra İstanbula gedəcək. Ankarada Papanın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü gözlənilir.

Fransiskin Türkiyədə Suriya qaçqınları üçün salınmış düşərgəyə baş çəkəcəyi bildirilir.

Türkiyənin Daily Sabah xəbər agentliyinin diplomatik mənbələrə istinadən məlumatına görə, Roma Papası İstanbula səfərindən sonra Ermənistana gedəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!