11 Sentyabr, 2014
Kerri Türkiyəyə gəlir

ABŞ dövlət katibi Con Kerri sabah Türkiyəyə işgüzar səfər edəcək.

Simsar.az-ın məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Açıqlamada bildirilir ki, Kerrinin səfəri çərçivəsində bır sıra qlobal və regional məsələlər müzakirə olunacaq.

Sentyabrın 12-13-də Türkiyədə səfərdə olacaq Kerrinin XİN rəhbəri Mövlud Çavuşoğlu ilə görüşəcəyi bildirilir. Daha sonra isə dövlət katibi prezident Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu ilə görüşəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!