11 Sentyabr, 2014
Tayson canlı efirdə aparıcını söydü

Tanınmış boksçu Mayk Tayson canlı efirdə aparıcını söyüb.

Simsar.az-ın məlumatına görə, Tayson ona məhkum olunması ilə bağlı verilən sualdan sonra özündən çıxıb.

Jurnalistin sualı bu cür olub: "Zorlamaya görə məhkum olunmağınız barədə məlumatımız var. Bu, Ford kompaniyasına ziyan vura bilərdi. Bunu necə şərh edə bilərsiniz?"

Sualın cavabında isə Tayson jurnalistə ağır söyüşlər yağdırıb. Nə edəcəyini bilməyən jurnalist boksçudan verdiyi suala görə üzr istəyib.

Qeyd edək ki, Tayson 3 dəfə məhkum olunub. Üç il ərzində zorlamaya görə məhbus həyatı sürən Tayson, 3,5 ay da insanlara fiziki təsir göstərdiyinə görə eyni aqibəti yaşayıb. Boksçunun 3-cü məhbus həyatı isə narkotik maddə qəbuluna görə cəmi 1 gün olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!